Kanada Bankının keçmiş qubernatoru Trudonu ƏVƏZ EDƏCƏKbackend

Kanada Bankının keçmiş qubernatoru Trudonu ƏVƏZ EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Bankının keçmiş qubernatoru Mark Karni Kanadanın baş naziri vəzifəsində Trudonu əvəz edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Kanada mediası məlumat yayıb.

Kanada Bankının keçmiş qubernatoru Mark Karni Liberal Partiya rəhbərliyi seçkilərində qalib gəlib.

O, ümumi seçkilərə qədər baş nazir postunu müvəqqəti olaraq Castin Trüdonu əvəz edəcək.

Onun hakimiyyətə gəlməsi Donald Trampın təşəbbüsü ilə ABŞ ilə ticarət müharibəsi zamanı baş verib.

Karni Kanadanın Trampın iqtisadiyyatını zəiflətməsinə imkan verməyəcəyini və milli maraqlarını müdafiə etməyə hazır olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az