Kanada Hind-Sakit okeanı regionunda hərbi mövcudluğunu artıracaqbackend

Kanada Hind-Sakit okeanı regionunda hərbi mövcudluğunu artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Hind-Sakit okeanı regionunda (HSR) yeni fəaliyyət strategiyasının bir hissəsi kimi bu bölgədə hərbi mövcudluğunu artırmağı planlaşdırır.

Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand Qalifaksda keçirilən illik Təhlükəsizlik Forumunda bildirib.

“Biz hərbi mövcudluğumuzu artıracağıq, həmçinin bölgədəki tərəfdaşlarımız və müttəfiqlərimizlə müdafiə və təhlükəsizlik əlaqələrimizi gücləndirəcəyik”, – A.Anand deyib.

Milli müdafiə naziri həmçinin qeyd edib ki, Kanada HSR-də “lazım gəldikdə Çinə meydan oxumaq” və ya ÇXR ilə də əməkdaşlıq etmək niyyətindədir.