Kanadada Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 1.6 milyon dollar yığıldıbackend

Kanadada Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 1.6 milyon dollar yığıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada fəaliyyət göstərən Human Concern International (HCI) təşkilatı Türkiyədəki zəlzələdən zərərçəkənlər üçün 1,6 milyon dollar toplayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bu isə 22,5 milyon TL ekvivalenti ilə bərabərdir.

Kampaniya koordinatoru Husam Helal açıqlamasında bildirib ki, zəlzələ xəbəri Kanadaya çatdıqdan sonra onlar və digər müsəlman icmaları və təşkilatları dərhal işə başlayıb.

Türkiyədə və Suriyada çoxlu dostlarının olduğunu xatırladan Helal deyib: “Bəziləri ailə üzvlərini də itirdi. Bu ağrı bizim qəlbimizə toxundu. Hamının ağrısını ürəyimizdə hiss edirik. Sizin dərdiniz bizim dərdimizdir”.

Qeyd edək ki, Baş ofisi Kanadanın paytaxtı Ottavada yerləşən Human Concern International (HCI) 1979-cu ildən fəaliyyət göstərir.