Keçmiş baş hakimin 97 daşınmaz əmlakı ƏLİNDƏN ALINDIbackend

Keçmiş baş hakimin 97 daşınmaz əmlakı ƏLİNDƏN ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə Hakimlər Şurasının sabiq rəhbəri Momotovun 97 daşınmaz əmlakını müsadirə edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.

Məhkəmə Rusiya Hakimlər Şurasının sabiq sədri Viktor Momotovun 97 daşınmaz əmlak obyektinin dövlət nəfinə müsadirə olunması barədə qərar qəbul edib.

Müsadirə olunan əmlaklar arasında Momotovun özünə məxsus 2 torpaq sahəsi, oğlunun adına olan 18 torpaq sahəsi, həmçinin onunla əlaqəli olan sahibkarın adına rəsmiləşdirilmiş daha 77 torpaq sahəsi və qeyri-yaşayış sahəsi yer alır. Bütün bu əmlaklar rəsmi olaraq dövlət mülkiyyətinə keçib.

Məlumata görə, Viktor Momotov 2010-cu ildən 2025-ci ilə qədər Rusiya Ali Məhkəməsində fəaliyyət göstərib.

Onun qeyri-qanuni yollarla əldə edildiyi sübuta yetirilən daşınmaz əmlaklarının dövlətə təhvil verilməsi prosesi başa çatıb.

Xuraman Etibarlı

İnterpress.az