Keçmiş baş nazirə YUMURTA ATDILAR – VİDEObackend

Keçmiş baş nazirə YUMURTA ATDILAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq baş naziri Münhen konfransından qayıdarkən ona yumurta atıblar.

İnterpress.az xəbər verir ki, bu barədə fevralın 17-də TV Pirveli məlumat yayıb.

Müxalifətin “Gürcüstan naminə” partiyasının lideri, keçmiş baş nazir Giorgi Qaxariya Münhen Təhlükəsizlik Konfransından qayıdarkən Tbilisi hava limanında yumurta atəşinə tutulub.

“Xain, agent, prinsipsiz adam” deyə bir qrup gənc yumurta ataraq onun üstünə qışqırıb.

Qaxariya Münhen Təhlükəsizlik Konfransında iştirak edib. Keçmiş baş nazir avropalı siyasətçilərlə görüşüb və konfransda Gürcüstanın “demokratiyadan geri çəkilməsindən və qərbyönlü kursundan” danışıb.

Sabiq baş nazir hava limanını avtomobillə tərk edib.

Tezliklə onun partiyası hakim “Gürcü Arzusu”nu onlarla görüşə əvvəlcədən hazırlanmış “xüsusi qrup” göndərməkdə günahlandırıb.

Xuraman Etibarlı

İnterpress.az