“Kefim əladır” – İşdən çıxarılan nazir müavinibackend

“Kefim əladır” – İşdən çıxarılan nazir müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsəvər Ağayev qısa açıqlama verib.

İnterpress.az xəbər verir ki, keçmiş nazir müavini kefinin yaxşı olduğunu bildirib:

“Kefim əladır. Bir az işlərim var. İşimdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.

Qeyd edək ki, Elsəvər Ağayev 1997-cü ildə Səhiyyə Nazirliyinin “Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin edilib. 1999-cu ildən il Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilib. (qaynarinfo.az)