Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılan minaya düşüb.
Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.