Keniya sahillərində yoxa çıxan 4 balıqçı bir ay sonra xilas edilibbackend

Keniya sahillərində yoxa çıxan 4 balıqçı bir ay sonra xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniya sahillərində qayığın batması nəticəsində itkin düşən 4 keniyalı balıqçı bir ay sonra xilas edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Keniya Sahil Mühafizə Bölməsi təxminən bir ay əvvəl Hind okeanında 4 balıqçının olduğu qayığın batmasından sonra xilasetmə əməliyyatı həyata keçirib.

Balıqçıların batan qayığından yapışaraq sağ qaldıqları və Çin balıqçı gəmisi tərəfindən xilas edildiyi öyrənilib.

Keniyalı balıqçıların bir neçə həftə ərzində ölkələrinə qayıdacaqları bildirilib.

Noyabrın sonunda Kilifi sahillərindən Hind okeanına üzən balıqçı gəmisindən bir daha xəbər alınmadı.