Keniyada avtobus qəzaya uğrayıb, 20 nəfər ölüb, 49 sərnişin yaralanıbbackend

Keniyada avtobus qəzaya uğrayıb, 20 nəfər ölüb, 49 sərnişin yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqanda-Keniya sərhədi yaxınlığında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb, daha 49 nəfər yaralanıb.

Bu barədə “Associated Press” yerli polisə istinadən məlumat yayıb.

Avtobus Uqandanın Mbale şəhərindən Keniyanın paytaxtı Nayrobiyə gedirmiş. Qəza Keniya ərazisində, avtobus dövlət sərhədini keçdikdən az sonra baş verib.

İlkin məlumata görə, sürücü sürət həddini aşıb, daha sonra idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Ölənlərin əksəriyyətinin Uqanda vətəndaşları olduğu bildirilir.