İraqın Kərkük şəhərində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda təxminən 1400 kiloqram partlayıcı ələ keçirilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
İraq təhlükəsizlik qüvvələri şəhərin cənubundakı Havice mahalının çöl bölgəsində İŞİD ünsürlərinə qarşı əməliyyat keçirib.
Əməliyyatda bölgədəki vadilərdə və sığınacaqlarda gizlədilmiş təxminən 1400 kiloqram partlayıcı ələ keçirilib.
Daha sonra sözügedən partlayıcılar təhlükəsiz yerə aparılaraq məhv edilib.
Terror təşkilatı DEAŞ-ın bu gün səhər saatlarında Kərkükün şimalındakı Çimen bölgəsində həyata keçirdiyi silahlı hücumda 2 iraqlı polis şəhid olub.