“TV8″də yayımlanan və 61-ci bölümdə final edən “Kırmızı oda” serialının ssenarisinin oğurluq olduğu iddia olunub.
İnterpress.az xəbər verir ki, psixoloq, yazar Gülseren Budayioğlunun qələmə aldığı kitab əsasında ekranlaşdırıldığı deyilən layihənin ssenarisində iranlı yazıçının kitabından da istifadə olunduğu ortaya çıxıb.
İranlı yazar Şahzadə N.İqual serialın 35-ci seriyasından yayımlanan Mitranın (ləqəbi Şehrazat) hekayəsinin öz həyatını qələmə aldığı 8 hissədən ibarət “Tehranın qırmızı sirenləri” kitabından götürüldüyünü iddia edib.
Yazar bu səbəbdən vəkili Şeyda Yıldırım vasitəsilə İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsinə müraciət edib.
İqual “OGM Production”, “Media Services Inc.” və “TV8″ə qarşı serialın 35-36-37-38-39-40-41-42 bölümlərinə görə məhkəmədə iddia qaldırıb. İlkin olaraq sözügedən bölümlərin ölkə daxili və xaricində, televiziyada və digər bütün yayım kanallarında yayımının dayandırılması tələb olunur. 100 min lirə maddi təzminat isə pozuntu baş verdiyi tarixdən etibarən ödənilməlidir.