KİV: “ABŞ və İran arasında məhbus mübadiləsi həyata keçirilib”backend

KİV: “ABŞ və İran arasında məhbus mübadiləsi həyata keçirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla əsir mübadiləsi çərçivəsində buraxılan amerikalıları daşıyan Qətər təyyarəsi ölkədən havaya qalxıb.

“İnterpress.az” xəbər verir ki, bu barədə “France Presse” mənbəsinə istinadən məlumat yayıb.

“Həbsdə olan amerikalıların olduğu Qətər təyyarəsi İrandan havaya qalxıb”, – agentlik bildirib.

İran 6 milyard dollar məbləğində dondurulmuş aktivlərindən humanitar məqsədlərdən istifadə etmək üçün çıxış əldə edəcək. İran rəsmiləri qeyd edib ki, Cənubi Koreyada olan İranın maliyyə vəsaiti bu ölkənin Qətərdəki bank hesabına köçürüləcək.

“Reuters” agentliyi xəbər verir ki, İranın əvvəllər dondurulmuş aktivləri Tehran və Vaşinqton arasında məhbus mübadiləsi sazişi çərçivəsində Qətər banklarındakı hesablara köçürülüb.