KİV: AEBA İranın uranı 84%-ə qədər zənginləşdirməyə qadir olduğunu müəyyən edibbackend

KİV: AEBA İranın uranı 84%-ə qədər zənginləşdirməyə qadir olduğunu müəyyən edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişləri belə qənaətə gəliblər ki, İran uranın 84%-ə qədər zənginləşdirilməsinə nail olub.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, AEBA müfəttişləri ötən həftə İranın 84%-ə qədər zənginləşdirilmiş uran aldığını müəyyən ediblər. Agentlik vurğulayıb ki, bu, ölkədə qeydə alınan yanacaq zənginləşdirmənin ən yüksək səviyyəsidir.

“Bloomberg” qeyd edib ki, nüvə silahı yaratmaq üçün uranın 90 %-ə qədər zənginləşdirilməsinə nail olmaq lazımdır.