KİV: “Avropalı diplomatlar Trampın qalib gələcəyi təqdirdə Ukraynaya dəstəyi dayandıracağından narahatdır”backend

KİV: “Avropalı diplomatlar Trampın qalib gələcəyi təqdirdə Ukraynaya dəstəyi dayandıracağından narahatdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi Avropa ölkələrindəki diplomatlar ABŞ-nin keçmiş dövlət başçısı Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya yardımı dayandıracağından narahatdırlar.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, media orqanının əməkdaşları D.Trampın keçmiş və indiki köməkçiləri, eləcə də diplomatlar arasından 20-yə yaxın adamdan müsahibə alıblar. Onların fikrincə, keçmiş ABŞ lideri qarşıdan gələn seçkilərdə qalib gəlsə, çox güman ki, ABŞ Müdafiə Nazirliyində (Pentaqon), Dövlət Departamentində və Mərkəzi Kəşfiyyat İdarəsində sadiq adamlar təyin edəcək: “Bu, ABŞ-nin Ukraynadakı müharibədən tutmuş Çinlə ticarətə qədər olan məsələlərdəki mövqeyində köklü dəyişikliklərə səbəb olacaq”.

Qeyd edək ki, D.Tramp daha əvvəl Ukraynadakı savaşı bir sutkaya bitirə biləcəyini bildirib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü ildə keçiriləcək.