KİV: FTB Almaniyanı terror hücumu təhlükəsi ilə bağlı xəbərdar edibbackend

KİV: FTB Almaniyanı terror hücumu təhlükəsi ilə bağlı xəbərdar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Almaniya hakimiyyətinə əldəqayırma kimyəvi bombadan istifadə etməklə terror aktı hazırlığı təhlükəsi barədə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, FTB əməkdaşları alman həmkarlarına bildirib ki, şübhəli şəxs yeni il ərəfəsində hücum həyata keçirə bilmək üçün internetdə sianid və risinlə maraqlanıb. Lakin aydındər ki, o, kifayət qədər kimyəvi maddə əldə edə bilməyib.

Əməliyyat zamanı xüsusi qoruyucu geyimdə olan hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə araşdırma üçün iranlının yaşayış yerindən mavi rəngli konteynerlərdə olan müəyyən maddələr çıxarıblar. Bir müddət sonra Düsseldorf Baş Prokurorluğunun nümayəndəsi jurnalistlərə bildirib ki, heç bir zəhərli maddə aşkar edilməyib.

Qeyd edək ki, risin Robert Kox İnstitutu tərəfindən “bioloji silah” siyahısındadır. Sianid də son dərəcə zəhərlidir.

Yanvarın 8-nə keçən gecə Almaniyanın terrorla mübarizə üzrə polisinin xüsusi təyinatlıları 32 yaşlı İran vətəndaşını dini zəmində terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb.