KİV: Yaponiyada hökumətə dəstək səviyyəsi minimuma düşübbackend

KİV: Yaponiyada hökumətə dəstək səviyyəsi minimuma düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökumətinin əhali arasında reytinqi son bir ayda 2 faiz bəndi – 35 %-ə qədər aşağı düşüb ki, bu da Baş nazir Fumio Kisidanın administrasiyası dövründə ən pis göstəricidir.

Bunu “Nikkei” qəzetinin bazar ertəsi dərc etdiyi sorğunun nəticələri sübut edir.

Hökumətdən narazılıq səviyyəsi də öz növbəsində noyabr ayı ilə müqayisədə 2 faiz bəndi – 57 %-ə qədər artıb. Əhalinin əksəriyyətinin dəstəklədiyi ölkənin müdafiə potensialının köklü şəkildə gücləndirilməsi ilə bağlı qərara baxmayaraq, hökumətin reytinqlərindəki eniş davam edir. Respondentlərin 55 %-i bu siyasətin lehinə, 36 %-i isə əleyhinə olub.

Bununla yanaşı, respondentlərin 84 %-i Baş nazirin NATO modelinə uyğun olaraq 2027-ci ilə qədər demək olar ki, iki dəfə artırılaraq ÜDM-in 2 %-nə çatdırılması nəzərdə tutulan, artan hərbi xərclərin maliyyələşdirilməsi üçün vergilərin artırılması planları ilə bağlı izahatlarını yetərsiz hesab edir.

Qeyd edək ki, sorğu dekabrın 23-dən 25-dək aparılıb, prosesdə 1 000-ə yaxın insan iştirak edib.