“Kölə İsaura” teleserialında baş rolu oynaması ilə tanınan aktrisa Luselia Santos “Twitter”də Braziliya hökumətinin aşağı palatasına keçirilən seçkilərdə qalib gələ bilmədiyini açıqlayıb.
“Biz seçkilərdə qalib gəlmədik, lakin mübarizəmiz davam edir”, – deyə Santos yazıb.
Aktrisa Braziliya prezidentliyinə namizəd Luiz İnasio Lulu da Silvanı dəstəkləyir. O, Rio-de-Janeyro ştatından deputat seçilib. Santos ətraf mühitin və Amazon bölgəsinin, Braziliyanın yerli xalqlarının qorunması və mədəniyyətin inkişafı üçün kampaniya aparıb.