Komitə sədri İrəvanda Ermənistanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıbbackend

Komitə sədri İrəvanda Ermənistanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidentinin irəli sürdüyü “3+3” formatı davamlı sülh və gələcək iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”.

İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.

“Qlobal təhlükəsizliyə gəldikdə isə bizim 3 istiqamətimiz var. Birinci istiqamət – hər birimiz öz ölkəmizdə sağlam təhlükəsizlik sistemi qurmalıyıq. İkinci istiqamət – bölgədə, qonşularla mehriban münasibətlər qurmaqdır, bir-birimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Üçüncü istiqamət – Cənubi Qafqazdakı ölkələr bir-birilərinin müxtəlif geosiyasi maraqlarını nəzərə alaraq, ortaq maraqlar çıxarmalıyıq. Bunun, üçün ilk növbədə, mehriban münasibətlər qurmalıyıq”, – o bildirib.