Konstitusiyanın yeni mətni hazırlanır, sonra referendum keçirilə bilər – Erməni nazirbackend

Konstitusiyanın yeni mətni hazırlanır, sonra referendum keçirilə bilər – Erməni nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Konstitusiyasının yeni mətni hazırlanır.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri Srbuhi Qalyan jurnalistlərə bildirib.

O bildirib ki, Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazır olacaq, ondan sonra referendum keçirilə bilər.

Erməni nazir əmin edir ki, eyni zamanda Konstitusiya dəyişikliyi ilə ölkənin idarəetmə modeli dəyişməyəcək.

Yeni versiyada insan sosial hüquqlarına, eləcə də təhlükəsizlik qüvvələrinin fəaliyyətinin tənzimlənməsinə xüsusi diqqət yetiriləcək.

Xuraman Etibarlı

İnterpress.az