“Könül Evi” İB aztəminatlı ailələrin məşğulluğu ilə bağlı layihəyə başlayırbackend

“Könül Evi” İB aztəminatlı ailələrin məşğulluğu ilə bağlı layihəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QHT-lərə Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə “Könül Evi” İctimayi Birliyinin 01 fevral-30 aprel 2022-ci il tarixə qədər “Özünəməşğulluq proqramına aztəminatlı ailələrin inteqrasiyası” adlı layihəsi Ağsu, Şamaxı, İsmayıllı  rayolarnda həyata keçiriləcəkdir.

İnterpress.az xəbər verir ki, hər  rayonda  25 iştirakçı olmaqla ümumilikdə 75 nəfər layihəyə cəlb ediləcəkdir.

Layihənin məqsədi cəmiyyətdə aztəminatlı ailələrin dövlət büdcəsindən sosial yardım paketlərindən yararlanmalarının asılılığını azaltmaq və aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsinə dəstək verməkdir. Layihə çərçivəsində aztəminatlı ailələr müəyyənləşdiriləcək onların ailə tərkibləri ailə üzvlərinin kiçik sahibkarlıq subyektinə çevrilmələrinə olan maraqları müəyyən ediləcəkdir.

Layihənin bu bölgələrdə həyata keçirilməsində  məqsədi müəyyən edilmiş rayonların  kənd təsərrüfatı  və xüsusilə turizm bölgəsi olaraq sahibkalıq subyektinə çevrilməsinə nail olmaqdır.

Layihənin davamlılığı aztəminatlı ailələrlə mütamadi əlaqələrin yaradılması və prossesə nəzarət təmin ediləcəkdir.

3 bölgədə əhalini  sahibkarlıq fəaliyyətinə marağının artırlması və onların kənddən şəhərə axının qarşısını almaq, sub-urbaizmin layihənin əsas məqsədidir.

Layihəyə zamanı ƏƏSMN, SXA və KOB evlərinin nümayəndələri ilə əməkdaşlıq ediləcəkdir.