Koronavirusdan qoruyan giləmeyvə açıqlandıbackend

Koronavirusdan qoruyan giləmeyvə açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərcangilə orqanizmin qoruyucu təsirini gücləndirərək müxtəlif infeksiyalara, o cümlədən də koronavirusa qarşı qorumanı təmin edir.

İnterpress.az xəbər verir ki, bunu rusiyalı qida eksperti Marina Sergienko bildirib.

O, mərcangiləni superqida adlandırıb. Belə ki, onun tərkibində A, B, C, D, E vitaminləri, dəmir, maqnezium və digər mikroelementlər var.

Bu məhsul antibakterial xüsusiyyətlərə də malikdir. Mərcangilə qanı duruldur, damarların divarlarını möhkəmləndirir və onları daha elastik edir.

Lakin mərcangilə bəzi şəxslər üçün zərərli ola bilər. Odur ki, mütəxəssis hipertonaiya, xolisestit, böyrək və mədə xəstəlikərindən əziyyət çəkənlərin bu giləmeyvə ilə ehtiyatlı olmaları barədə xəbərdar edib.