İngiltərə Bankı Kral Çarlzın təsviri olan yeni əskinasların dizaynlarını ictimaiyyətə təqdim edib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Yeni əskinasların üz tərəfində və təhlükəsizlik üçün şəffaf saxlanılan pəncərə hissəsində Kral Çarlzın portreti əks olunacaq.
Yeni əskinaslar 2024-cü ilin ortalarından dövriyyəyə buraxıldıqdan sonra hazırkı əskinaslar qüvvədə qalacaq.
Hazırkı əskinaslarda sentyabr ayında vəfat edən keçmiş Britaniya monarxı Kraliça Yelizavetanın şəkli əks olunub.
Kraliça Elizabet 1960-cı ildən bəri İngiltərə Bankı tərəfindən dövriyyəyə buraxılan əskinaslarda görünən ilk və yeganə monarx idi.
Hazırda dövriyyədə təxminən 80 milyard funt-sterlinq dəyərində olan 4,5 milyard Britaniya Mərkəzi Bankının əskinasları var.