Kreml NATO-nun Baş katibinə cavab veribbackend

Kreml NATO-nun Baş katibinə cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib.

İnterpress.az “RİA Novosti”yə istinadən bildirir ki, o, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.

“ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, – o vurğulayıb.

Qeyd edək ki, NATO Baş katibi Yents Stoltenberq fevralın 19-da Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.