“Laçın” xalq mahnısı yeni ifada – Mədəniyyət Könüllülərindən “Laçın şəhəri günü”nə töhvə + VİDEObackend

“Laçın” xalq mahnısı yeni ifada – Mədəniyyət Könüllülərindən “Laçın şəhəri günü”nə töhvə + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi musiqi layihələrini həyata keçirməkdə davam edir.

Bu dəfə “Mədəniyyət Könüllüləri” İctimai Birliyi Azərbaycan xalq mahnısı olan “Laçın” mahnısını məhz 26 avqust, “Laçın şəhəri günü”ndə geniş tamaşaçı kütləsinə təqdim etdi.

Uşaqdan böyüyə hər kəsin dillər əzbəri olan bu mahnı “Mədəniyyət Könüllüləri“ İctimai Birliyinin fəxri üzvləri Səbinə Quluzadə, Sabir Əliyev və layihənin bədii rəhbəri Bəbir Bəbirli tərəfindən ifa olunub. Layihəyə dəstək olaraq violonçel ifaçısı Əməkdar artist Aleksey Miltıx iştirak etmişdir.

 

Video layihənin operator və montajçısı Əliəsgər Mirzəyevdir. Çəkiliş Azərbaycan Milli İncəsənət Muzeyində baş tutmuşdur.

“Mədəniyyət Könüllüləri“ İctimai Birliyinin sədri Ülviyyə Bəbirli qeyd etmişdir ki, “Məhz belə gözəl gündə “Laçın” xalq mahnısını yeni ruhda təqdim etmək bizim üçün çox qürurvericidir. Unudulmaz anları bizə yaşatdığına görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, vətənimizin mərd və cəsur oğullarına təşəkkürümüzü bildiririk, eyni zamanda şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə isə şəfa diləyirik. Onların sayəsində biz doğma torpaqlarımıza qovuşduq. “Laçın” mahnısını qalib ölkənin qalib vətəndaşı olaraq ifa etmək çox böyük şərəfdir.”