“Laçın yolunda aksiya davam edir” – AÇIQLAMAbackend

“Laçın yolunda aksiya davam edir” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülhməramlıların yolun açılması üçün “mülki ermənilər”dən istədiyi iki gün vaxt bu gün başa çatdı”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“Mümkündür ki, Əliyevin Sankt-Peterburq səfərində məsələnin həll ediləcəyini düşündükləri üçün belə bir vədlə çıxış ediblərmiş; Rusiyada səfərdə olan Əliyevin Putinlə regiondakı vəziyyəti müzakirə edəcəyi gözlənilir, lakin Bakının mövqeyi qətidir: aksiya iştirakçılarının tələbləri icra olunmalıdır, Əliyev Sankt-Peterburqa getməmişdən öncə də “geri çəkilməyəcəyik” mesajını verdi; “Mülki ermənilərə” yolun iki günə açılacağını deyən sülməramlılar isə bu gün İrəvandan Laçın yoluna (Gorus istiqamətində) yürüş edən ermənilərə prosesin günlərlə çəkə biləcəyini deyiblər. Laçın yolunda aksiya davam edir”, – o əlavə edib.