Led işıqlardan istifadə edən sürücülərə – Xəbərdarlıqbackend

Led işıqlardan istifadə edən sürücülərə – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sürücülər avtomobillərinə zavodda quraşdırılan duman işıqlarına hallogen lampa əvəzinə led işıq quraşdırırlar. Bu isə xarici işıq cihazlarından istifadənin pozulması, eləcə də yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

İnterpress.az xəbər verir ki, led lampalardan xüsusilə gənc sürücülər tez-tez istifadə edirlər. Belə lampalarla onlar avtomobillərini digər maşınlardan fərqləndirməyə çalışırlar. Bu işıqlar isə bir çox hallarda yol nəqliyyat hadisələrinə, eləcə də digər sürücülərin çaşqınlığına səbəb olur.

Yol polisi bildirir ki, bu cür hallara yol verən sürücülər cərimələnəcəklər.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyir ki, mövcud işıq cihazlarından istifadə qaydalarının pozulması üçün 50 manat cərimə nəzərdə tutulur.

Duman işıqlarına led işıqların quraşdırılması isə 150 manat cərimə ilə cəzalandırılır. Onun fikrincə, cərimədən əlavə bu cür işıqlardan istifadə edən sürücülər cəmiyyətə də hörmətsizlik nümayiş etdirirlər. Araz Əsgərli bildirir ki, sürücülər led işıqları müxtəlif məqsədlər üçün istifadə edirlər.

Qeyd edək ki, led lampaların duman işıqlarına quraşdırılması təkcə inzibati xəta törətmir. Bu cür dəyişiklik eyni zamanda avtomobilin digər parametrlərinə də zərər vura bilər.

Bununla bağlı danışan avtomobil mütəxəssisi Sahil Ağabəyli bildirir ki, led lampalardan necə gəldi istifadə edilməsi avtomobil üçün həm də təhlükədir.(xezer xeber)