Lerikdə kişi yeni ailə quran qadını qaçırdıbackend

Lerikdə kişi yeni ailə quran qadını qaçırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikdə bir ayın gəlini qonşuda yaşayan kişi ilə qaçıb.

Bununla bağlı Lent.az məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 6-da Kaqon kəndində baş verib. Kən sakini 31 yaşlı Məhəbbət Nağıyev qonşuluqda yaşayan 19 yaşlı Astara sakinini Bakıya qaçırıb.

M.Nağıyevin bundan əvvəl iki dəfə ailə həyatı qurduğu və boşandığı bildirilir.

Həyat yoldaşı qaçırılan Araz Səfərov hadisə ilə bağlı açıqlama verib. O, həyat yoldaşı ilə bir aydır ailəli olduğunu deyib.

Onun sözlərinə görə, pandemiya olduğu üçün yığıncaq keçirmədən nişanlısını öz evlərinə gətirib:

“Qonşu kişi ilə bir ildən çox olar ki, aralarında münasibət olub. Öz xoşu ilə qaçdığını deyib. Buna görə də polisə müraciət etmədim”.