Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Almaniyanın Ukraynaya “Leopard” tankları göndərmək qərarından məmnunluğunu ifadə edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Landsbergis Twitter hesabındakı paylaşımında almancadan tərcümədə “çox sağ ol” mənasını verən “Danke schön” ifadəsinə istinad edib.
Ukrayna bayrağı daşıyan tankın şəklini paylaşan Landsbergis sözügedən şəklə “Tanke schön” ifadəsini də yerləşdirib.