Livanda Hizbullahın silah istehsalı üzrə məsul mühəndisi öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu Livanın cənubundakı Tir bölgəsinə hava zərbələri endirib və Hizbullah üzvü Hüseyn Nazia Bərracı öldürüb.
O, Livanda silah istehsalı sahəsində əsas mütəxəssis olub və təşkilatın Tədqiqat, İnkişaf və İstehsal Müdirliyində fəaliyyət göstərib.
Qeyd edilir ki, bu idarə silahların hazırlanması, istehsalı və texniki xidmət göstərilməsi, həmçinin Hizbullahın maddi-texniki imkanlarının genişləndirilməsinə cavabdehdir.
Yarandığı gündən o, çoxlu silah istehsalı layihələrinə, o cümlədən dəqiq raketlərə nəzarət edib.
Barrac dəqiq idarə olunan “yer-yer” raketlərinin istehsalı üçün infrastrukturun yaradılmasına cavabdeh olan təcrübəli mühəndis idi.
Onun aradan götürülməsi Hizbullahın yenidənqurma səylərinə zərbə vurmaq məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az