İngiltərənin paytaxtı Londonda yüzlərlə insan hökumətin Milli Səhiyyə Sistemi (NHS) ilə bağlı siyasətinə etiraz etmək üçün toplaşıb.
Bu barədə İnterpress.az yerli mətbuata istinadın xəbər verir.
Baş nazirin ofisinin yerləşdiyi Dauninq küçəsinə doğru yürüş edən aktivistlər tətil edən NHS işçilərinə dəstək veriblər.
Nümayişçilər hökumətdən tibb işçilərinin maaşlarının artırılmasını tələb ediblər.
Onlar müxtəlif şüarlar səsləndiriblər.






