Macarıstan Türkiyəyə ikinci axtarış-xilasetmə qrupu göndərəcəkbackend

Macarıstan Türkiyəyə ikinci axtarış-xilasetmə qrupu göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto, Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlər səbəbindən Türkiyəyə beynəlxalq humanitar yardım əməliyyatına dəstək üçün ikinci bir heyət göndərəcəklərini açıqlayıb.

İnterpress.az xəbər verir ki, nazir Szijjarto facebook hesabında dünən zəlzələ qurbanlarına kömək etmək üçün yola çıxan 55 nəfərlik Macarıstan axtarış-xilasetmə qrupunun Türkiyəyə gəldiyini, 46 nəfərlik yeni axtarış-xilasetmə qrupunun isə bu gün Türkiyəyə yola düşəcəyini bildirib.

Macarıstan hökuməti zəlzələdən zərərçəkənlərə kömək etmək üçün dünən Macarıstan Milli Fəlakət İdarəsi Baş İdarəsinə bağlı 55 nəfərlik axtarış-xilasetmə qrupunu Türkiyəyə göndərib.