Makron Əlcəzairdən üzrxahlıq əvəzinə bu ölkənin lideri ilə görüşmək istəyirbackend

Makron Əlcəzairdən üzrxahlıq əvəzinə bu ölkənin lideri ilə görüşmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, müstəmləkəçilik dövrü üçün Əlcəzairdən üzr istəməməlidir.

“Report” xəbər verir ki, Fransa lideri bunu çərşənbə günü həftəlik “Le Point” qəzetinə müsahibəsində deyib.

Eyni zamanda, Makron iki ölkəni barışdırmaq üçün birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu Parisdə qəbul edəcəyinə ümid bəsləyir.

“Mən üzr istəməyə ehtiyac görmürəm, məsələ bu deyil, çünki belə jest bütün əlaqələri qıra bilər”, – Fransa lideri deyib. “Ən pis şey, üzr istədiyimizi söyləmək və sonra ayrı yollarla getmək olardı”, – Makron əlavə edib.

Qeyd edək ki, Fransanın Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdüb, yerli xalqa qarşı qətliam törədib. Dəhşətli qətliam Əlcəzairin 1,5 milyon vətəndaşının ölümü ilə nəticələnib.

Daha əvvəl bildirilib ki, Fransadan müraciət alacağı təqdirdə, Əlcəzair artıq bu ölkəyə əlavə təbii qaz göndərməyə hazırdır. Bu barədə Əlcəzair Prezidenti Əbdülməcid Tebbun məlumat verib.