İran altı nüvə başlığı istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatı toplayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) çərşənbə günü, fevralın 26-da dərc olunmuş yeni hesabatında deyilir.
Bildirilir ki, Tehran “artan hərbi təhdidlərə” görə nüvə silahı əldə etmək ehtimalına işarə edib.
İranın yüksək zənginləşdirilmiş uran ehtiyatı əhəmiyyətli dərəcədə artıb və hazırda altı nüvə başlığı istehsal etmək üçün kifayət edir.
Hesabata görə, 8 fevral 2025-ci il tarixinə İslam Respublikası 60%-ə qədər zənginləşdirilmiş 274,8 kq urana malikdir.
Bu, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 92,5 kq çoxdur.
2024-cü ilin avqustunda dərc edilən əvvəlki hesabatda bu rəqəm 164,7 kq idi.
Xuraman Etibarlı
İnterpress.az