Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldubackend

Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün 60 yaşında vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində azarkeşlərlə polis arasında toqquşma baş verib.

Mərasimin başlamasından bir saat sonra bəzi fanatlar hasarları sındırıb.

Onlar Maradonanın cəsədinin olduğu Buenos-Ayresdəki Kasa Rosada prezident sarayına girməyə çalışıblar. Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayıb və 48 saat davam edəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

 

İnterpress.az