Marneulidə baş verən qətl hadisəsinin yeni detalları məlum olubbackend

Marneulidə baş verən qətl hadisəsinin yeni detalları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marneulidə baş verən qətl hadisəsinin dünən gecə saat 1:00 radələrində baş verdiyi məlum olub.

Bu barədə 24News.ge xəbər portalına yerli sakinlər məlumat veriblər. Məlumata əsasən, 30 yaşlı Əli İlyazov dostu ilə evdən çıxaraq marketə gedib geri qayıdarkən isə onlara hücum edən iti qovub və qeyri etik sözlər işlədiblər bu zaman sözügedən ərazidə yaşayan sakinlər narahat olub və aralarında mübahisə yaşanıb.

Mübahisə zamanı Əli İlyazovu qətlə yetirən 17 yaşlı A. Məmmədovla fiziki qarşıdurma baş verib hadisədən biraz sonra isə A. Məmmədov evdən bıçaq gətirərək Əli İlyazova çox sayda bıçaq zərbəsi vurub. Yaralanan gənc çox keçmədən dünyasını dəyişib, onun nəşi hazırda ekspertizadadır. Dünyasını dəyişən gəncin yaxınları onun mədəni, tərbiyəli, sakit təbiətə malik bir insan olduğunu xüsusi qeyd ediblər. Yaxınları Əli İlyazovun 4 aylıq körpəsinin olduğunu da bildiriblər.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi bu gün Marneulidə baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb və cinayətkarın saxlanıldığını bildirib.