Masallıda qanunsuz ov edən beş nəfərlik dəstə saxlanıldıbackend

Masallıda qanunsuz ov edən beş nəfərlik dəstə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Masallı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Qızılağac kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən rayon sakinləri F.Əzizov, Ş.Əzizov, T.İbrahimov, Ə.Əliyev, Ş.Əliyev saxlanılıblar. Onlardan qanunsuz olaraq ovladıqları 22 ədəd çöl quşu aşkar edilib.

F.Əzizov və Ş.Əzizov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Digər üç nəfər isə İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən cərimə olunublar.

 

İnterpress.az