Mask: “Bir axmaq tapan kimi “Twitter”in rəhbəri vəzifəsindən gedəcəm”backend

Mask: “Bir axmaq tapan kimi “Twitter”in rəhbəri vəzifəsindən gedəcəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask çərşənbə axşamı eyniadlı sosial şəbəkənin sahibi olduğu “Twitter”in rəhbəri vəzifəsini tərk edəcəyini açıqlayıb.

O, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bu işi qəbul edəcək qədər axmaq birini tapan kimi “Twitter”in baş direktorundan ayrılacam”, – o, tviter hesabında yazıb.

Sahibkar əlavə edib ki, hazırkı vəzifəsindən ayrıldıqdan sonra şirkətin proqram təminatı və serverlərə texniki xidmət departamentlərinə rəhbərlik edəcək.

Daha əvvəl CNBC məlumat yayıb ki, Mask aktiv şəkildə vəzifəsinə xələf axtarır. Mask özü isə sosial şəbəkə hesabında vəzifəsindən gedib-getməməsi ilə bağlı sorğu keçirib.