Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edibbackend

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa yığmasının hücumçusu Kilian Mbappe ölkənin Futbol Federasiyasının rəhbəri Noel Le Qreyin mütəxəssis Zinəddin Zidan barəsində açıqlamasına münasibət bildirib.

Mbappe bu barədə tviterdəki hesabında yazıb.

“Zidan Fransadır, biz əfsanəyə o qədər də hörmətsiz yanaşmırıq…” Mbappe sosial şəbəkədə qeyd edib.

Le Qre daha əvvəl Zidanın telefon zənginə cavab verməyəcəyini deyib.

Qeyd edək ki, Zidan 2016-2018-ci illərdə “Real Madrid”in baş məşqçisi olub, 2019-cu ildə yenidən “Real Madrid”ə qayıdıb. Paytaxt klubu onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu (2016/17, 2019/20), iki dəfə ölkə Superkubokunun qalibi (2017, 2019/20), üç dəfə Çempionlar Liqasının (2015/16, 2016/) qalibi olub. Habelə iki dəfə UEFA Super Kubokunu (2016, 2017) və iki dəfə klublararası dünya kubokunu (2016, 2017) qazanıb.

Zidan üç dəfə FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.