Mbappe “PSJ”nin pentatrikə imza atan ilk oyunçusu olubbackend

Mbappe “PSJ”nin pentatrikə imza atan ilk oyunçusu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PSJ”nin hücumçusu Kilian Mbappe Fransa Kubokunun 1/16 final mərhələsində ölkənin altıncı divizionunda çıxış edən “Pei de Kassel”lə qarşılaşmada 5 qol vurub. Beləliklə, Mbappe pentatrik edən ilk “PSJ” oyunçusu olub.

“Report” xəbər verir ki, görüş 7:0 – parislilərin darmadağınlı qələbəsi ilə başa çatıb.

Qalib gələn komandanın heyətində Mbappe 5 dəfə fərqlənib. Neymar və Karlos Soler isə hərəyə bir dəfə toru silkələyə biliblər.

Bununla da “PSJ” Fransa kubokunun 1/8 finalına yüksəlib. Turnirin bu mərhələsində paytaxt təmsilçisi “Marsel”lə qarşılaşacaq.

Qeyd edək ki, “PSJ” 19 matçdan sonra 47 xalla Fransa çempionatının cədvəlinə başçılıq edir. Parislilərin ən yaxın izləyicisi 44 xal qazanmağı bacaran “Lans”dır. İlk üçlüyü 42 xalla “Marsel” qapayır.