“Məhsuldarlığını” artırmaq üçün vətəndaşlara narkotik paylayan POLİS – 4 il “iş” verildibackend

“Məhsuldarlığını” artırmaq üçün vətəndaşlara narkotik paylayan POLİS – 4 il “iş” verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayətlərin “açılması” göstəricilərini artırmaq istəyən polis cəzalandırılıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Krasnodar vilayəti Ust-Labinsk şəhərində xidmət edən keçmiş polisin sakinlərə narkotik payladığı aşkarlanıb.

Məlumat görə, cinayət-axtarış şöbəsinin əməkdaşı olan şəxs müəyyən sakinlərə narkotik paylayaraq, daha sonra “cinayətin üstünü açaraq”, onlara verdiyi narkotiki “müsadirə” edirmiş. O, bununla üstü açılan cinayətlər üzrə göstəricilərini artırmağa çalışıb.

Başabəla polisin bu əməlini xüsusi xidmət orqanlarının regional bölməsi ifşa edib. Məhkəməyə çıxarılan keçmiş polis 4 il müddətinə azalıqdan məhrum olunub.