Məktəb zəngindən narahat olan şəxs direktoru BIÇAQLADI – FOTObackend

Məktəb zəngindən narahat olan şəxs direktoru BIÇAQLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakaryanın Ferizli ilçəsində bir nəfər məktəb direktorunu boğazından bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Sakarya Ferizlidə bir nəfər məktəb zənginin səsindən narahat olduğu üçün məktəb direktorunu boğazından bıçaqlayıb.

Orta məktəbin qarşısında yaşayan və bipolyar pozğunluğu olan 40 yaşlı şəxs məktəb zənginin səsindən narahat olaraq məktəbə gedib.

O, direktorun kabinetinə girib və əlindəki bıçaqla 37 yaşlı məktəb direktoru Emrah Coşkunun boğazını kəsib.

 

Xuraman Etibarlı

İnterpress.az