Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib.
İnterpress.az xəbər verir ki, bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, hazırda statistika göstərir ki, əvvəlki aylara nisbətən yoluxmada artımı müşahidə olunur.
“Vəziyyət nəzarət altındadır və məktəblərin tamamilə qapadılmasına ehtiyac görülmür”, – deyə o bildirib. (trend)