Mən hələ Ukraynanın sülhə hazır olduğunu görmürəm – Tramp – VİDEObackend

Mən hələ Ukraynanın sülhə hazır olduğunu görmürəm – Tramp – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən hələ Ukraynanın sülhə hazır olduğunu görməmişəm.

İnterpress.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Mən hələ Ukraynadan sülhə hazır olduğunu görməmişəm, lakin Ciddə danışıqlarında bunu gözləyirəm”, – Tramp bildirib.

Tramp Kiyev rəsmilərinin çoxdan gözlənilən mineral sövdələşməni imzalayacağına şübhə etmir. Lakin o, həm də onlardan indi sülhə hazır olduqlarını nümayiş etdirmələrini istəyir.

“Onlar bunu lazım olan dərəcədə göstərmədilər. İndi yox, amma məncə, göstərəcəklər. Bu yaxın iki-üç gündə görünəcək”, – Tramp əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az