“Məndən alçaq adam yoxdur“ – Müğənnibackend

“Məndən alçaq adam yoxdur“ – Müğənni

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən, Məhərrəm ayında toylar keçirilmir, müğənnilərin də çoxu işsiz qalır. Amma belə məlum olur ki, məhərrəmlikdə toy edən və toya gedən müğənnilər də var.

Müğənni Şəbnəm Tovuzlu qeyd edib ki, pul qazanmaq məqsədilə toylara getmir:

“Hər kəsin inancına hörmətlə yanaşıram. Mən Məhərrəmlik ayında pul qazanmaq üçün şənliklərə getmirəm. Amma yaxın adamımın məclisi olanda gedib iştirak edirəm. Məclislərə qazanc üçün gedənləri də qınamıram. Çünki hər kəs çörək pulu dalınca qaçır. Ona görə də həmkarlarımın qınaq obyektinə çevrilməsi xoş deyil. Gəlin anlayışlı olaq. Bir-birimizi incitməyək”.

Müğənni İzzət Bağırov bildirib ki, Məhərrəmlik ayında toylara getmir:

“Mən hacıyam. Bu cür dəvətləri qəbul etmirəm. Yaxın adamlar ad gününə, toya çağırsalar, pul göndərirəm. Bu mənim seçimimdir”.

Müğənni Afət Fərmanqızı isə bildirib ki, maddi sıxıntı yaşamamaq üçün məclislərə gedir:

“Mən müğənniyəm, bu mənim işimdir. Məni toya da, nişana da çağırırlar. Çağıran da xalqdır. Bu sualı da xalqa verin ki, matəmdirsə, niyə toy edirlər? Müəllim gedib, dərs deyir. Mənim də peşəm oxumaqdır. Kimsə gətirsin mənə pul versin, oxusam, ən pis insanam. Aylıq qazancımın yarısını versin, gedib toy oxusam, məndən alçaq adam yoxdur. Toy edənləri qınamırlar, toya gedib oxuyanları qınayırlar. Məni niyə qınayırlar? Bizi qınayanlar bəs matəmdə nə edir? Kefimən toya getmirəm, qazanc dalınca gedirəm. Məni qınayanlar gəlib yeməyimi, içməyimi, çörəyimi, geyimimi versin, məni ehtiyaclarımla təmin eləsin, sonra desin ki, toya getmə”. / Musavat.com