“Mercedes” irqçilikdə ittiham olundubackend

“Mercedes” irqçilikdə ittiham olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz”in yeni CLS sedan modelinin reklamı çinlilər tərəfindən mənfi reaksiyaya səbəb olub.

Şirkət avtomobilin faralarının dizaynına istinad edərək onun reklamında “qıyıq gözlü” modellərdən istifadə etdiyi üçün tənqid atəşinə tutulub.

Çin mediası və sosial şəbəkələrində irqçilikdə ittiham edilən avtoistehsalçı sözügedən reklamını öz səhifələrindən silmək məcburiyyətində qalıb.