Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə Gəncə şəhərində həyata keçirilən xüsusi antiterror əməliyyatları zamanı həlak olmuş, 1-ci Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Elşad Quliyevin doğum günüdür.
İnterpress.az xəbər verir ki, onun dünyaya gəlişindən 50 il ötür.
Elşad Vəli oğlu Quliyev 19 dekabr 1972-ci ildə Zəngilan rayonunda anadan olub. 2012-ci il 6 apreldə həlak olub.
Elşadın vətən qarşısında əvəzsiz xidmətləri Ali Baş Komandan İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilmiş, 2005-ci ildə “İgidliyə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları və ölümündən sonra 2012-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
6 aprel 2012-ci ildə DTX – nin Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı həlak olmuşdur.