Gürcüstanın soydaşlarımızın çoxluq təşkil etdiyi “Marneuli meriyasında klanlaşma höküm sürür. Bu klanlaşmanın səbəbi Kənan Ömərov ilə Zaur Darğallının bir araya gəlməməsidir”.
İnterpress.az xəbər verir ki, bunları müxalif “Milli Hərəkat” partiyasının Marneuli Bələdiyyə Məclisinin deputatı Ramal Əhmədov söyləyib.
Onun sözlərinə görə, bu günlərdə istefa verənlər blef edirlər.
“Marneuli meriyasındakı klanlaşmadan ilhamlanan bəzi deputatlar ‘Gürcü Arzusu’ fraksiyasını tərk edərək blef edirlər. Məxarət Allahverdiyevə gəldikdə isə hakim partiyanın fraksiyasından ayrılmağı bir göstərişdir. Birinci variant budur ki, o, Zaur Darğallının kadırıdır, ikinci versiyası isə Qaçağan inzibati birliyinin Təkəli kəndində əhalinin əkin sahəsinin əlindən alınmasında Məxartə Allahverdiyev heç bir reaksiya vermədi və indi isə istəyir ki, xalqın gözündə özünü dəyərləndirə. Amma bütün bunlara baxmayaraq xalq artıq bilir ki, hakim partiya illərdir əhalini aldadır və yalan vədlər verir”, – deyə Ramal Əhmədov qeyd edib.