Merz Si Cinpini Putinə təsir göstərməyə ÇAĞIRDIbackend

Merz Si Cinpini Putinə təsir göstərməyə ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Merz Si Cinpinə müraciət edərək Putinə təsir göstərməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb.

Fridrix Merz Rusiya və Çin arasında strateji münasibətlərdə hazırda fundamental dəyişikliklər gözləmədiklərini bildirib.

Buna baxmayaraq, o, Çin sədrinin Rusiyaya səfərinə böyük ümidlər bəslədiklərini qeyd edib.

Merz vurğulayıb ki, Çin rəhbəri Si Cinpinin prezident Putinə təsir göstərərək Ukraynadakı müharibəyə son qoymasını gözləyirlər:

“Bu, Putinin qazana bilməyəcəyi bir müharibədir. Əksinə, hər keçən gün hər kəs böyük insan itkiləri ilə üzləşir”.

Merzin bu çağırışı beynəlxalq ictimaiyyətin Çinin müharibənin dayandırılmasındakı vasitəçilik roluna verdiyi önəmi bir daha nümayiş etdirir.

Xuraman Etibarlı

İnterpress.az