Meşədə azan ahıl kişi 9 gündən sonra TAPILDI – VİDEObackend

Meşədə azan ahıl kişi 9 gündən sonra TAPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 9 gün meşədə azan təqaüdçü çay sahilində tapılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rusiyanın Saxalin vilayətində 9 gün ərzində meşədə azaraq itkin düşən ahıl yaşlı təqaüdçü çay sahilində tapılıb.

Xilasedicilər zərərçəkəni çətin keçilən ərazidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Məlumata görə, təqaüdçünün axtarışları genişmiqyaslı xilasetmə əməliyyatı çərçivəsində həyata keçirilib.

Uzun müddət meşədə tək qalan və taqətdən düşən ahıl şəxsin hazırda həkim nəzarəti altında olduğu və ona lazımi tibbi yardım göstərildiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz