Məşhur avtoritet “Diska Nəriman“ döyülərək öldürülüb? – Rəsmi cavabbackend

Məşhur avtoritet “Diska Nəriman“ döyülərək öldürülüb? – Rəsmi cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün həbsdə olan “Diska Nəriman” ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyevin saxlanıldığı müəssisədə vəfat etməsi ilə bağlı xəbər vermişdik.  həmin xəbər yayıldıqdan sonra mərhumun yaxınları sosial şəbəkələrdə “Diska Nəriman”ın saxlanıldığı müəssisədə döyülərək öldürülməsinə dair iddialar səsləndiriblər. Hətta, vəfat edən şəxsin ölümündən sonra çəkilmiş fotoları da sosial şəbəkələrdə paylaşılıb.

Lent.az yayılan iddialara münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Xidmətin mətbuat katibi Mehman Sadıqov sorğumuza cavab olaraq bildirib ki, təqsirləndirilən N.Qurbanəliyevin döyülərək öldürülməsinə dair iddialar əsassızdır: “Adıçəkilən şəxs xəstəlikdən dünyasını dəyişib. Onun guya döyülərək öldürülməsi barədə deyilənlər yalandır”.

“eyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə “Diska Nəriman” kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Ötən gün saxlanıldığı müəssisədə “Diska Nəriman”ın vəziyyəti qəfildən pisləşib və o, təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.